Azərbaycan dindarları İlham Əliyevi dəstəkləyirlər

03

Azərbaycan dindarları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən müraciət qəbul ediblər. Müraciətdə qeyd olunur ki, din dövlətdən ayrı olsa da, dindarlarımız Vətənin taleyindən ayrı deyillər: “Biz Azərbaycanda yaşayan, dini mənsubiyyətindən asılı olmayaraq bütün dindarlar Uca Yaradan və Vətənimiz qarşısında müqəddəs borcumuzu onda görürük ki, həm əməllərimiz, həm də dualarımızla ölkəmizin daha da ucalmasına yardımçı olaq. Dini, milli mənsubiyyətinə fərq qoymadan, ən ümdə hüququmuz sayılan din və vicdan azadlığının etibarlı təminatçısı olan Prezident İlham Əliyev etnik və dini tolerantlığı ölkəmizin əldə etdiyi ən böyük nailiyyəti kimi dəyərləndirir”.

Müraciətdə daha sonra qeyd olunub: “Biz dindarlar, müqəddəs mənəvi dəyərlərimizin hamisi Prezident İlham Əliyevin onillik fəaliyyətinin nəticəsi olaraq hərtərəfli inkişaf etmiş, sabit, əmin və mənəviyyatını uca tutan Azərbaycan dövlətinin varlığına görə Zati-alilərinə dərin minnətdarlığımızı bildirik. Biz bütün dindarları qarşıdan gələn prezident seçkilərində hamılıqla iştirak etməyə və müstəqilliyimizin daimiliyini, dövlətimizin davamlı olaraq çiçəklənməsi naminə dövlətimizin başçısı İlham Əliyevin namizədliyinə səs verməyə çağırırıq”.