Azərbaycan millisindən rekord sıçrayış

fifa

Qitələrarası futbol qurumu FİFA ölkələrin aylıq reytinqini açıqlayıb.

Xalq.az-ın məlumatına görə, reytinq cədvəlində Azərbaycan yığması 6 pillə birdən irəliləyərək 85-ci yerə yüksəlib. Milimizin aktivində 398 xal var.

Reytinq cədvəlində ilk iki komandanın mövqeyi dəyişməsə də üçüncü pillədə dəyişiklik baş verib.

Belə ki, ölkələrin reytinqində İspaniya 1460 xalla birinci, Almaniya 1340 xalla ikinci, Portuqaliya isə 1245 xalla üçüncü yerdə qərarlaşıb.

Türkiyə yığması aktivindəki 711 xalla 39-cu pillədə qərarlaşıb. Rusiya yığması isə 1 pillə irəliləyərək 903 xalla 18-ci pilləyə yüksəlib. Ermənistan komandası 8 pillə birdən geriləyərək 750 xalla 33-cu yerə geriləyib.

Qeyd edək ki, növbəti reytinq siyahısı may ayının 8-də açıqlanacaq.