Azərbaycan Prezidenti İlham Əliyev : ” İmzalanmış sənəd ” bəyanatdır, sülh razılaşması deyildir.

 

” Bütün dünya ictimaiyyətinə Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş öz haqqını və ədalətini öz birliyinin gücü ilə bərpa etmiş bir ölkə kimi tanındı. Baxmayaraq ki, bu illər ərzində bir milyondan çox soydaşlarımız öz evindən, elindən, isti yurd-yuvasından didərgin düşdü. Ancaq biz mənfur xain qonşularımızdan öz qisasımızı döyüş meydanında üç mindən çox igid oğullarımızın qanı bahasına aldıq “.
Bu sözləri Azərbaycan Prezidenti 22 iyul tarixində Şuşada” Euronews ” televiziya kanalında verdiyi müsahibəsində söylədi. O qeyd etdi ki, ” 2020-ci ilin noyabrın 10-da imzalanmış sənəd bəyanatdır, sülh razılaşması deyildir. Eyni zamanda bu sənəd Ermənistan dövlətinin kapitulyasiya aktı idi. Aktın imzalanmasından sonra Azərbaycan dövləti sülh sazişinin prinsiplərini müəyyən etdi. Bununçün də Avropa İttifaqı Şurasının prezidenti tərəfindən təşkil olunmuş önəmli görüşlər keçirildi.
Mən Ermənistan dövlətinə və ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər deyəcəyim sözüm ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa onlar Bakıya çatacaqlar. Bizim cəsarətli ordumuzun apardığı müharibə onların bu xəyallarını məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha heç bir müharibə istəmirik.
Qarabağda yaşayan ermənilərə gəlincə onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlikləriylə təminat olunacaq, Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Düşünürəm ki, onlar dinləsələr məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm. O ki qaldı Ermənistanla sərhəd məsələsinə Azərbaycanla Ermənistan arasında sərhədlər hələ tam müəyyən olunmamışdır çünki, Sovet İttifaqının süqutu ərəfəsində biz təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Hələ də sual altında qalır. Hələ onu demirəm ki, kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Bu sualların cavabları hal-hazırda yoxdur. Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu hələ baş vermir.
Beləliklə sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. İkinci Qarabağ müharibəsinin bitməsindən 2 ildən çox vaxt keçsə də rus sülh məramlılarının nəzarətində Laçın dəhlizi adlandıran yol fəaliyyətini davam etdirmişdir. İndi hal-hazırkı vəziyyətdə Ermənistanla sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur. O hüquq heç kim tərəfindən o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprel ayının 23-dən etibarən Qarabağın 2 mindən artıq dinc sakini Ermənistana asan şəkildə gedib-gəlib. Ermənistan sülh istəyirsə biz ona kömək edəcik. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı qərəzli ərazi iddialarının olmamasını istəyirik. Hal-hazırda Qarabağda rus sülh məramlılarının nəzarəti altında olan insanlar Azərbaycanda yaşayırlar. Onlar da digər milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.

Hacıyeva Gülnarə Həsənqulu qızı.

Nəsimi rayon İctimai Şurası.