Azərbaycan qızları boks üzrə Avropa birinciliyində

Boks

İtaliyanın Assisi şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyinə start verilib. Turnirdə 26 ölkənin 100 idmançısı mübarizə aparır.
XALQ.AZ-ın məlumatına görə, milli komandamız gənclərin yarışında 3 boksçu ilə təmsil olunur: Aliyə Vəlizadə (54 kq), Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (81 kq).

Boksçularımızdan ilk olaraq iyulun 21-də Aliyə Vəlizadə rinqə çıxıb.

Həmyerlimiz Bakı vaxtı ilə saat 22.15-də səkkizdə bir final mərhələsində rusiyalı Stefani Sultanova ilə qarşılaşıb.

Məryəm Cəbrayılova iyulun 23-də irlandiyalı Kiara Şheediylə, Alina Hacıyeva isə iyulun 26-da ukraynalı Anastasiya Stankeviçlə üz-üzə gələcək.

Seçmə komandamız Avropa birinciliyindən 10 gün öncə İtaliyaya yollanaraq, orada İrlandiya, Hollandiya, Belçika və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edib.

Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq.

Yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edir.