“Azərbaycan regionda sülhün təminatçısıdır” Deputat

26 avqust tarixində Laçın şəhərində, Həkəri çayının sahilində təntənəli bayram konsertini yalnız Azərbaycan deyil, bütün dünya izləyirdi. Biz bir daha Laçından bütün dünyaya bəyan etdik ki, Azərbaycan qələbə çalıb və Qarabağ Azərbaycanındır”.

Bu sözləri açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi ilə bağlı cənab Prezidentin sərəncam imzalamasının çox böyük strateji və tarixi əhəmiyyəti var:

“Laçın, Şuşa Qarabağımızın göz bəbəyidir və onlar olmadan Qarabağ olmazdı. Bu gün Laçında da Şuşada olduğu kimi infrastruktur layihələrinin həyata keçirilməsi, öz sakinlərinin doğma yurdlarına geri dönməsi Laçına öz keçmiş abu-havasını da qaytarmış oldu. Laçın Azərbaycan, bölgə üçün strateji əhəmiyyət daşıyır. Burada sülhün, əmin-amanlığın bərqərar olması çox vacib amil idi.

Laçın daha da inkişaf edəcək və Azərbaycanın dilbər guşəsi olaraq göz oxşayacaqdır”.