Azərbaycan, Türkiyə və Türkmənistan liderləri bu tarixdə görüşəcək

Dekabrın 13-14-də Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

Xalq.az xəbər verir ki, Türkmənistan lideri sammitin keçirilməsi ilə bağlı qərar imzalayıb.

Sənəddə Prezident Administrasiyasına ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə yüksək səviyyədə üçtərəfli zirvə görüşünün keçirilməsi tapşırılıb.

Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur.

Bundan əlavə, üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.