Azərbaycan üçün nəhəng təyyarələr (FOTO)

Teyyare

Azərbaycanın “Silk Way Airlines” şirkəti “Boeing 747-8” markalı iki yeni yük təyyarəsi satın alıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə “Boeing” şirkətinin saytında xəbər yerləşdirlirib.

Təyyarələrdən biri Azərbaycan aviasiya şirkətinə ötən həftə, digəri isə bu gün təhvil verilib.

Yeni təyyarələrin sərfəli qiymət və keyfiyyətli xidmətləri ilə seçildiyi qeyd olunub. Hər iki hava gəmisinin Azərbaycanda hava yolu ilə yük daşımaları xidmətini asanlaşdıracağı bildirilir.