Polis əməliyyat keçirdi

Polis

Rusiyada axtarışda olan azərbaycanlı Qusarda tutulub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Qusar rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində azərbaycanlı Abdulhəşim İsmayılov tutulub.

A.İsmayılov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 158-ci (oğurluq) maddələri ilə axtarışda olub.

Faktla bağlı araşdırma aparılır.