Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri tezliklə görüşəcəklər

Yaxın zamanda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

Bu barədə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu gün keçirilən mətbuat konfransında deyib.

“Bu görüş artıq planlaşdırılıb. Ancaq çox təəssüf ki, görüşümüzün vaxtı barədə heç nə deyə bilmərəm. Çünki görüşün tarixinin iki ölkə tərəfindən eyni vaxtda elan olunması barədə razılaşma var”, – deyə Z. Mnatsakanyan bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Z. Mnatsakanyan arasında sonuncu görüş iyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilib.