Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başladı

Çində koronavirusun kütləvi yayıldığı Vuhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb.

“Report” xəbər verir ki, hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.

Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsinə mindirilərək aparılacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Vuhandakı Azərbaycan vətəndaşlarını təxliyə edəcəklərini açıqlamışdı.

Qeyd edək ki, Vuhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı yaşayır. Onlar əsasən tələbələrdir.