“Azərbaycan vəziyyətdən ən az zərərlə çıxmaq üçün lazımi addımları atır” – Deputat

“Rusiya-Ukrayna müharibəsinin davam etməsi bütün dünya iqtisadiyyatına çox ciddi təsir göstərir”. Bu sözləri  millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, təbii ki, bu təsir Azərbaycandan da yan keçməyəcək:

“Azərbaycan vəziyyətdən ən az zərərlə çıxmaq üçün lazımi addımları atır. Lakin hazırda dünyada həllini tapa bilməyən taxıl böhranı hökm sürür. Hətta bu müəyyən ölkələrdə ərzaq qıtlığına qədər gətirib, çıxarır. Buna görə də bu istiqamətdə problemlər daha da qəlizləşməmiş müvafiq beynəlxalq təşkilatlar hərəkətə keçməlidir”.