Moskvada xarici işlər nazirlərinin görüşü keçirilir

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında görüş başlayıb.
Rusiya XİN-nin Qəbullar Evində öncə Lavrov və Fidan təkbətək görüşüblər.
Daha sonra nazirlərin nümayəndə heyətləri ilə birgə danışıqları planlaşdırılır.
Rusiya XİN-dən verilən məlumata görə, Lavrov və Fidan danışıqların yekunları ilə birgə mətbuat konfransı keçirəcəklər.