Xaçmazda şəhidimizin yas mərasimi keçirilib

Xaçmaz rayonunun Kiçik Baraxum kəndində şəhid Adil Niftəliyevin yeddi mərasimi keçirilib.Şəhidimizin bir vaxtlar böyüyüb boya-başa çatdığı evdə təşkil olunan mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,yerli hüquq mühafizə orqanlarının ,idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri,qazilər və içtimayyət nümayəndələri iştirak edib.

Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı Qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgərlərin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb.

Qeyd edilib ki, 1992-ci ilin yanvar 26-da Şuşa rayonunun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan Adil Niftəliyevdə daim vətənini, xalqını sevən qəhrəman oğullardan olub.

 

Adil Niftəliyevin yaxınları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.