Azərbaycan yeni gəmilər aldı (FOTO)

G2

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti müasir gəmilər alıb.

XALQ.AZ-ın QSC-yə istinadla verdiyi məlumata görə, bu günlərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC standartlara cavab verən, Sinqapurun “Pacc Offshore Services Holding Ltd” şirkətinin nəzarəti altında inşa olunan yedək-təchizat gəmisi alıb.

DP-2 sistemi ilə təchiz edilən, dartma qüvvəsi təxminən 210 at gücündə olan yedək-təchizat gəmisi texniki göstəricilərinə görə Xəzərdə birincidir. Gəminin texniki imkanları onun Xəzərdə nəzərdə tutulan bir çox layihələr, o cümlədən “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron Faza-1” layihələri çərçivəsində nəzərdə tutulan işlərə cəlb olunmasını mümkün edir. Gəmiyə Azərbaycanın qədim şəhərlərindən olan Lənkəranın adı veriləcək.

Alqı-satqısı başa çatdırılan digər nəqliyyat vasitəsi isə Rusiya Federasiyasına məxsus gəmiqayırma müəssisəsinin istehsalı olan quru yük gəmisidir. Dedveyti 5490 ton olan gəminin uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,79 metrdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyacaq bu gəmi üçrəngli bayrağımız altında Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb ediləcək.

G1

 

G2