Mərhum professor Britaniyada anıldı – (FOTO)

N1

 Böyük Britaniyanın Nottingham Universitetində İnşaat Mühəndisliyi ixtisası üzrə magistr  təhsili  alan həmyerlimiz Həsən Cahanagirli diplom işini müəllimi, fizika-riyaziyyat elmləri  doktoru,  professor, mərhum Ağaddin Niftiyevə həsr edib.

 Bununla bağlı Azxeber.com-a danışan Həsən Cahangirli bildirib ki, onun bir gənc kimi yetişməsində Ağaddin  Niftiyevin böyük zəhməti olub: “Ağaddin müəllim istedadlı alim, gözəl insan idi. O, riyaziyyat elminin  inkişafında, Azərbaycan riyaziyyatçılarının beynəlxalq səviyyədə tanınmasında misilsiz xidmətlər göstərib.  Azərbaycan- Gürcüstan-Fransa riyaziyyatçılarının I beynəlxalq riyaziyyat konfransını təşkil edib. Nəinki  ölkəmizdə, dünya səviyyəsində tanınan alimin xatirəsi bu gün Avropa riyaziyyatçıları arasında da ehtiramla  anılır. Bütün bunları nəzərə alıb, diplom işimi Ağaddin müəllimin xatirəsinə həsr etdim və bu təhsil aldığım ali  məktəb tərəfindən də məmnuniyyətlə qarşılandı”.

Xatırladaq ki, Həsən Canahgirli Böyük Britaniyada magistr təhsili almaqla yanaşı bu ölkədə yerləşən “MQS MMC” adlı şirkətdə məsul post tutur. Azərbaycan həqiqətlərinin dünyaya yayılması, Avropada təbliği istiqamətində aktivliyi ilə seçilən gənclərimizdəndir.

N2