Azərbaycan yeni təyyarələr alır

Azal-2

Azərbaycan Hava Yolları (AZAL) Avropa Oyunları ilə bağlı yeni təyyarə alacaq.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri AZAL-ın vitse-prezidenti Sabir İlyasov bildirib.

Onun sözlərinə görə, artıq AirBus 340, 320, 319 və Boinq 767 təyyarələri alınıb. Yaxın vaxtlarda Boinq 787 tipli təyyarə də alacaq.

Qeyd edək ki, AZAL Bakıya gündəlik uçuşların sayını artırmaq niyyətindədir. Uçuşların sayının artırılıması Avropa Oyunlarının Bakıda keçiriləməsilə əlaqədardır. Şirkət hər il müxtəlif ölkələrə gediş-gəliş üzrə 1,7 milyon sərnişin daşıyır. Şirkət dünyanın 38 ölkəsində xidmət göstərir.