Azərbaycanda ilk dəfə

Azad-1

“Azərbaycanda ilk dəfə olaraq dəmir bloklardan ibarət su vannası hazırlanır”.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib. O bildirib ki, Su Hovuz İdman Kompleksində inşa edilən həmin su vannasındakı bloklar bir-birinə birləşdirilib: “Orada kameralar quraşdırılıb çəkilişlər aparamaq mümkün olacaq. Bu yeni sistemdir. Üzgüçülük mərkəzində Avropadan gətirilən son model mexanizmlərdən istifadə olunur”.

Nazir əlavə edib ki, bütün idman komplekslərində son model sistemlərdən istifadə olunur.