Azərbaycanın borcu qaytarıldı

Serbiya “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan aldığı 172,7 milyon avro məbləğində borcunu vaxtından əvvəl ödəyib.

XALQ.AZ-ın məlumatına görə, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib.

Qeyd olunur ki, borc Serbiyanın Kommersiya Bankının səhmlərinin 83,23 faizinin Sloveniyanın “Nova Ljubljanska” bankına 394,7 milyon avro məbləğində satılması hesabına ödənilib.

Xatırladaq ki, Serbiya “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan 2012-ci ildə 300 milyon avro məbləğində borc almışdı. Tikinti işləri Azərbaycanın “AzVirt” tikinti şirkəti tərəfindən aparılırdı.