Bakıda bu tarixlərdə Formula 1 keçiriləcək

2021-ci il Formula 1 üzrə Azərbaycan Qran Prisi iyunun 4-6-da keçiriləcək.

XALQ.AZ xəbər verir ki, bu barədə Formula 1-in yenilənmiş təqvimində deyilir.

Yeni mövsüm martın 28-də Bəhreyndə başlayacaq. Ümumilikdə mövsüm 23 mərhələdən ibarət olacaq və dekabrın 12-də Birləşmiş Ərəb Əmirliklərində başa çatacaq.