Azərbaycana yeni xarici investisiya axını olacaq

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərman ölkə iqtisadiyyatının  dövrün tələbinə uyğun inkişafına imkan verəcək. Fərmandan da göründüyü kimi yaradılan iqtisadi rayonlar istər çoğrafi baxımdan, istərsə də iqtisadi potensialına  təsnifatlşdırılıb ki, bu da  həmin iqtisadi rayonların iqtisadi potensialına uyğun olaraq qiymətləndirmənin aparılmasına imkan verəcək”.

Bunu açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov deyib.

Onun sözlərinə görə,  cənab Prezident  tərəfindən imzalanan bu sənədin ən mühüm cəhəti isə indiyədək iqtisadi islahatların davamı olaraq daha məqsədyönlü şəkildə icra olunmasına, ölkə iqtisadiyyatının  hərtərəfli inkişafına imkan yaradacaq. “Sənəd eyni zamanda yeni təsnifat artıq Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni situasiya və reallıqlara uyğun olaraq həyata keçirilir.

Bu reallığın bir məqamı ondan ibarətdir ki, ərazi bütövlüyünü təmin edən  Azərbaycan tam olaraq  iqtisadi potensialını üzə çıxarmasına,   respublikanın bütün bölgələrinin davamlı və tarazlı inkişafının təmin edilməsi, xüsusən də işğaldan azad olan ərazilərimizin bərpası, zəruri infrastrukturun yaradılması, ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Digər mühüm cəhət isə yeni iqtisadi rayonlar sırasında  Şərqi Zəngəzur və Xankəndinin, Xocalının, Ağdərənin, Xocavəndin yer aldığı Qarabağ Qarabağ iqtisadi rayonların adlarının daxil edilməsini gördük. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi bir qərardır. Bu o deməkdir ki, çox qısa zamanda Şərqi Zəngəzur və  Qarabağ iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.

Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması isə  strateji, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Şərqi Zəngəzur iqtisadi rayonu həm  həm o rayona daxil olacaq rayonların iqtisadiyyatının inkişafına, ora kğçəcək insanlaırn işlə təmin  edilib, rifah halının yaxşılaşmasına xidmət etməklə yanaşı, regional əməkdaşlıq baxımdan da müstəsna rola malik olacaq.

İstər Şərqi Zəngəzur, istərəsə də Qarabağ iqtisadi rayonu  həm sənaye, həm turizm, həm aqrar  sahədə, həm də təbii ehtiyatlar  baxımından böyük potensiala malikdir. Bu da təkçə Azərbaycanın iqtisadi inkişafına deyil, cənab Prezidentin bəyan etdiyi kimi regional əməkdaşlıq, bölgənin gələcək inkişafı, sıx inteqrasiya baxımından da tarixi bir sənəddir. Bu sənəd ölkəyə, bütövlükdə bölgəyə xarici investisiya axınına təkan verəcək bir sənəddir.  Odur ki, cənab Prezidentin imzaladığı bu sənəd təkcə iqtisadi baxımdan deyil,  geostrateji, bölgənin gələcək  dayanıqlı inkişafı,  regional əməkdaşlıq  baxımdan  tarixi bir sənəddir”.