Deputat şəhid ailəsinin qayğıları ilə maraqlandı

Milli Məclisin deputatı Soltan Məmmədov şəhid ailəsi ilə görüşdü.

XALQ.AZ xəbər verir ki, millət vəkili bu barədə facebook səhifəsində qeyd edib. Deputat bildirib ki, Binə qəsəbəsində Vətən müharibəsi şəhidləri İman və Bəhram Məmmədzadə qardaşlarının valideynlərini ziyarət etdim. Bu məğrur insanların dəyanəti, qürurlu duruşu insanı bir başqa cür təsirləndirir. İman və Bəhramın dillərdə dastan olan bir hekayələri var. Füzuli, Cəbrayıl və Zəngilanın kəndlərinin işğaldan azad olunmasında iştirak ediblər. Eyni döyüşdə, eyni tarix və saatda şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, biz Vətən müharibəsində qələbəni şəhidlərimizin qanı hesabına, hərbçilərimizin, əsgərlərimizin rəşadəti sayəsində qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin!

Возможно, это изображение (3 человека, люди сидят, люди стоят и в помещении)
Возможно, это изображение (3 человека, люди стоят, люди сидят и в помещении)
Возможно, это изображение (1 человек, стоит, сидит и в помещении)