Azərbaycanda 3 maşın yandı

Yandi-1

Azərbaycanda 3 minik maşını yanıb.

XALQ.AZ-ın məlumatına görə, ilk yanğın hadisəsi Xətai rayonunda baş verib.

Belə ki, vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəzər rayonunda isə vətəndaşa məxsus “Geely” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

İmişli şəhərində də vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan avtomobil təmiri sexinin çardağının yanar konstruksiyaları 25 kv.m sahədə və sexdə təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin salonu qismən yanıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər 3 yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.