Meymunun “selfie”si mübahisəyə səbəb oldu (FOTO)

Meymun

Meymunun çəkdiyi “selfie” böyük səs-küyə səbəb olub.

XALQ.AZ-ın məlumatına görə, ingilis fotoqraf David Slater fotoaparat ilə öz fotosunu çəkən meymunun görüntülərini yayımlayan Vikimedia saytına xəbərdarlıq edib. Müəllif hüquqlarının özünə aid olduğu iddia edən fotoqraf meymunun şəkillərinin saytdan çıxarılmasını istəyib. İnternet saytı isə “fotoşəkillərin müəllif hüququnun meymuna aid olduğunu” söyləyib.

David Slateri isə bu cavab heyrətləndirib. O bildirib ki, bu şəkillərin meydana gəlməsi üçün xeyli çalışıb: “Kameranı avtomatik nizama salıb meymunların arasına buraxdım. Meymunlardan biri aparatla oynamağa başladı. Aparat xoşuna gəldi. Meymun dəfələrlə düyməni basaraq təsadüfi olaraq öz fotoşəkillərini çəkdi”.

Qeyd edək ki, fotoqraf hüquqi yollarla öz haqqını axtaracağını açıqlayıb. Slater artıq indiyə qədər sözügedən məsələ ilə bağlı 17 min dollar xərcləyib.

Meymun