Azərbaycanda 3 nəfər ölümdən qurtarıb

Deniz-1

XALQ.AZ-ın məlumatına görə, Xaçmaz rayonunda dənizdə 2 nəfər batma təhükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, onlar nazirliyin “Seyidli” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Daha bir nəfər isə Bakı şəhəri, Qaradağ rayonunda dənizdə batma təhlükəsi ilə üzləşib.

Həmin şəxs nazirliyin “Lökbatan” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.