Beşillik subsidiya qəbul edildi

Pul-2

Kənd təsərrüfatı istehsalçılarına dövlət tərəfindən verilən güzəştlər artırıldı.

XALQ.AZ-ın məlumatına görə, Nazirlər Kabineti yeni qərar verib.

Qərara əsasən fermerlər subsidiyalar hesabına gübrələr alarkən artıq onun dəyərinin 70%-i dövlət tərəfindən ödəniləcək. Əvvəl bu güzəşt 50% idi. Əgər əvvəl 50 manatlıq gübrələrə subsidiya şamil olunurdusa, indi 80 manat olub. Gübrələrin alışında əvvəllər tətbiq olunan 300 kiloqram həddi ləğv olunub.

Motor yağı və yanacaq alınmasında hər hektara görə 40 manat subsidiya olduğu kimi qalıb. Bu dəyişikliklər 5 il qüvvədə olacaq.