Azərbaycanda 300 tibb işçisi koronavirusa yoluxub – Operativ qərargah

“300-ə yaxın tibb işçisi koronavirus yoluxub”.

XALQ.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında bildirib.

V.Qasımov qeyd edib ki, onların hamısı iş prosesində virusa yoluxmayıb:

“Onların arasında ailə üzvlərindən yoluxanlar da var. Koronavirusa yoluxmuş xəstələrin 60-70 faizi sağalıb”.