Azərbaycanda daha bir məktəb bağlandı

Azərbaycanda daha bir məktəbin fəaliyyəti COVİD-19 pandemiyası ilə əlaqədar dayandırılıb.

XALQ.AZ xəbər verir ki, Qax şəhər 2 nömrəli məktəb-liseydə əyani dərslər müvəqqəti dayandırılıb. Məktəbin bağlanmasına səbəb yeni növ koronovirus infeksiyasına yoluxmanın artması olub.

Xatırladaq ki, Qax şəhər 2 nömrəli məktəb-lisey Qax rayonunda fəaliyyət göstərən ən böyük məktəbdir.