Azərbaycanda icra başçısına birinci müavin təyin olundu

Masallı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

XALQ.AZ xəbər verir ki, Masallı RİH başçısı Şahin Məmmədovun imzaladığı əmrə əsasən, Məmmədhüseyn Hüseynov icra başçısının birinci müavini vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, M.Hüseynov bundan əvvəl icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Faktı M.Hüseynov özü təsdiq edib. O bildirib ki, artıq bu gündən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, bu barədə ilk məlumatı “Report” agentliyi yayıb.