Azərbaycanda koronavirusla bağlı yeni müalicə metodu…

Azərbaycanda COVID-19 xəstələri üçün nəzərdə tutulmuş kök hüceyrə kimi alternativ müalicə metodları Səhiyyə Nazirliyinin və TƏBİB-in müvafiq qurumlarının icazəsi ilə sınaqdan keçirilə bilər.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, COVID-19 pozitiv klinik simptomları olan və ağciyərlərində kompüter tomoqrafiya ilə bilateral infiltrasiyası görülən KRDS (Kəskin Respirator Distress Sindrom) hallarında immun plazma tətbiqi Səhiyyə Nazirliyinin və TƏBİB-in müvafiq qurumlarının icazəsi ilə tətbiq oluna bilər.

Sənəddə bildirilir ki, pnevmaniya əlamətinə rast gəlinməyən və ya başqa bir səbəblə göstərişin olmadığı təqdirdə, bu xəstələrdə antibiotik müalicəsinin əlavə edilməsinə ehtiyac yoxdur.