Deputat: “İdeyaları alovlandırmaq vaxtıdır!”

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilən deputatların adları məlum olub.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Nurlan Həsənov Azərbaycan- Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Deputat sosial şəbəkə üzərindən bildirib ki, aprel 27-də Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Dr. Wolfgang Manigin dəvəti ilə görüşümüz baş tutacaq.

Bildirmək istəyirəm ki, mən 6 ilə yaxın müddət Almaniyada təhsil almışam, 24 yaşında olarkən Almaniya Parlamenti tərəfindən Beynəlxalq Parlament təqaüdünə layiq görülmüşəm. 25 yaşında doktorluq elmi işimi Almaniyada müdafiə etmişəm. Bütün bu uğurlar, bu imkanlar mənə tanındığı üçün hər zaman Almaniya Parlamentinə bütövlükdə Almaniyaya minnətdar qalacam.Ümumiyyətlə deyə bilərəm ki, Almaniya mənim üçün uğura gedən yolun başlanğıcı olub. Almaniyada çox gözlər dostlar qazanmışam və bu gözəl ölkəyə olan sevgim sözlərlə ifadə edilməyəcək qədər böyükdür. Bu sevgi birdən-birə yox, uzun müddət onlarla birgə yaşayaraq, onları tanıdığım üçün yaranıb. Bir sözlə məni Almaniya ilə bağlayan xoş xatirələr, bu ölkəyə olan sevgim mənim doğma vətənim Azərbaycan üçündə faydalı ola bilər! Sevgi ilə bağlı olduğum bu iki gözəl ölkəni bir-birinə daha yaxın etmək üçün var gücümlə çalışacam.

Bir tərəfdə Azerbaijan – Land of Fire və digər tərəfdə Germany – Land of Ideas Bir sözlə, “İdeyaları alovlandırmaq vaxtıdır!” deyə deputat qeyd edib.

Нет описания фото.

XALQ.AZ