Azərbaycanda məscidlərə istilik sistemi təmənnasız veriləcək

20

Azərbaycanda bütün məscidlərin və digər dini məbədlərin istilik sisteminə təbii qaz təmənnasız veriləcək

 

Azərbaycanda bütün məscidlərin və digər dini məbədlərin istilik sisteminə təbii qaz təmənnasız veriləcək.

Xalq.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınıb.