Azərbaycanda qızıl bahalaşdı

43

 

Son günlər dünya bazarında qızılın qiymətinin bahalaşması Azərbaycana da təsirsiz ötüşməyib

Belə ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qızılın qiyməti 8-10 manat civarında bahalaşıb.
Dünya bazarında bu gün qiymətli metalın 1 unsiyası 1 305.48 dollar təşkil edir. Bir müddət öncə bir qramı 33 manata təklif olunan sarı metal indi 43 manata satılır.Göründüyü kimi bir neçə gün ərzində qızılın qiymətində 10 manata kimi bahalaşma olub.
Ekspertlər hesab edirlər ki, qızılın qiymət artımı benzinin qiymətindəki artımla bağlıdır.
İqtisadçıların fikrincə, digər səbəblərdən biri də qızıla investisiyanın azalması, həmçinin Yaxın Şərqdə olan sifarişlərin sayının aşağı düşməsidir.