Azərbaycanda sənayeləşmə prosesi uğurla həyata keçirilir

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib.

Bunu açıqlamasınd Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki,sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sekto­runun davamlı inkişafı, ölkə iqtisa­diyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırıl­ması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə işlər davam etdirilir, beynəlxalq təcrübə daim öyrənilir və müvafiq normativ-hüquqi sənədlər hazırlanır.

Ölkədə sənaye parklarının ya­radılması bir sıra dövlət proqram­larında, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Bunun­la bağlı, xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Həmçinin BMT-nin Sənaye İn­kişafı Təşkilatının (UNIDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanıb, bir sıra ardıcıl tədbirlər reallaşdırılıb.

Millət vəkilinin spzlırinə görə, Azərbaycan Prezidentinin 2013-cü il 24 aprel tarixli fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. Qeyd olunan fərmanla müəyyən edilib ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

İqbal Məmmədov daha sonra qeyd edib ki, sənaye parkının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inki­şafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni zamanda, iqti­sadiyyatın, o cümlədən, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investi­siyalar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur.

Azərbaycanda Ümumi Da­xili Məhsulun 35 faizə yaxını sənaye sahələrindən formalaşır. Bu göstəriciyə görə ölkəmiz Avro­pa qitəsində ən çox sənayeləşən ölkələrdən biridir. Sənayenin inkişafın­da son illər ərzində yaradılan sənaye parklarının və məhəllələrinin rolu xeyli böyükdür.

Bu gün ölkəmizdə 6 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Həmin zonalarda ümumilikdə 9300 işçi çalışır. Son 3 ildə sənaye zonalarında çalı­şan insanlara rezidentlər tərəfindən 320 milyon manat əməkhaqqı ödənilib. Bu işçilərin Dövlət Sosial Müdafiə Fon­duna ödənişləri isə 80 milyon manatı keçib.Son 3 ildə bu zonalarda cəmi 2,6 milyard manat dəyərində məhsul satışı olub. Bu məhsullardan 760 milyon manatlıq məhsul isə ixrac edilib. Bu rəqəmlər sənaye zonalarının iqtisadi və sosial rolunu açıq şəkildə göstərir.

Deputat bildirib ki,dövlətimizin başçısının müvafiq fərmanı ilə daha bir sənaye parkı – “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının resurs­larını, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını, İran və digər cənub bazarlarına çıxışın möv­cud olmasını və nəhayət, regionda gedəcək bərpa işlərini nəzərə alsaq, bu sənaye parkının böyük inkişaf po­tensialı var. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı iqtisadi inkişafımızda öz tarixi missisiyasını yüksək səviyyədə gerçəklədirəcək.