Uşaqlara vaksin vurulacaq

ABŞ-da COVID-19-a qarşı uşaqlar üçün vaksin hazırlanıb.

XALQ.AZ xarici KİV-ə istinadən xəbər verir ki, vaksini Pfizer və BioNTECH şirkətləri birgə hazırlayıb. ABŞ Qida və Dərman İdarəsinə müraciət edən şirkətlər vaksinin tətbiqi üçün rəsmi icazə istəyiblər.

Vaksin 5-12 yaş qrupunda olan uşaqlar üçün nəzərdə tutulub.