“Azərbaycanda “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamlarının yonulmağına çox ehtiyac var”

“Azərbaycanda “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamlarının yonulmağına çox ehtiyac var”.

Bu sözləri LAF TV-nin efirində çıxışı zamanı Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib.

O bildirib ki, adı çəkilən şəxsin qanunsuz əməlləri günbəgün artmaqdadır:

“Bu şəxsin MTK-sı insanlardan qanunsuz şəkildə vəsaitlər yığır. Bu barədə bizə dəfələrlə şikayətlər daxil olub. İnsanlar bildirirlər ki, həmin şirkət insanlardan qanunsuz olaraq əlavə vəsaitlər tələb edir. İnsanlara şirkət tərəfindən dəfələrlə arayışlar verilir ki, borc bitib. Lakin sonradan hər kvadrata görə vətəndaşlardan əlavə 200-300 manat pul istənilib. Yəni, bu adamda məsuliyyət hissi tamamilə itib.

O, müəyyən qurumlarla görüşdükdən sonra onu arxayın və rahat salırlar. Yəni, “bizi gördün və nə istəyirsən edə bilərsən”, deyirlər. Vətəndaşlara deyirlər ki, divardan divara və balkona görə əlavə pul verməlisən və güya ki, bu, Prezidentin Sərəncamında əks olunub.

Araşdırma apardım və gördüm ki, ümumiyyətlə belə bir Sərəncam yoxdur. Bu adamların insanlarımızı Prezidentdən necə narazı salmağına baxın. “Şərurlu İsfəndiyar” Ramiz Mehdiyevdən sonra özünə təzə “krişa” tapıb. Oğluna gedib “Lamborghini” alıb. Bunun pulunu kasıb-kusubdan almalısan? Artıq onun qanunsuz əməllərinin qarşısı alınmalıdır”.

İlham İsmayılovun sözügedən çıxışının videosunu təqdim edirik: