Saakaşvilinin son görüntüləri – Video

Həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili bugünkü məhkəməsində də onlayn şəkildə iştirak edib.  

Səhhəti ilə əlaqədar xəstəxanada yatan siyasətçinin çıxışından videonu “Mtavari” telekanalı feysbukda paylaşıb.

Saakaşvili məhkəməyə ifadəsində Gürcüstana qarşı cinayətlər törətmədiyini bildirib və tərəfdarlarını birliyə çağırıb.

Xatırladaq ki, iyunun 16-da Saakaşvili feysbukda bildirib ki, özünü pis hiss etməsinə baxmayaraq, gürcü siyasətində çox aktiv iştiraka qayıtmaq niyyətindədir.

M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.