Azərbaycanda çörək bahalaşdı

Azərbaycanda çörəyin qiyməti artdı. 

 XALQ.AZ xəbər verir ki,bir neçə gün əvvəl 50 qəpiyə satılan zavod çörəyi artıq 55 qəpiyə satılıb. 

Onu da əlavə edək ki, son həftələr artım təkcə çörəkdə deyil, un məmulatlarında, şəkər tozunda, qənddə və digər məhsullarda da hiss olunacaq qədərdir. 

Artımın təfərrüatı araşdırılır.