Ermənistanda 7 bal gücündə zəlzələ oldu

Ermənistanda 7 bal gücündə zəlzələ qeydə alınıb.

XALQ.AZ xəbər verir ki, zəlzələ Yerevandan 12 kilometr uzaqlıqda, yerin 2 kilometr dərinliyində qeydə alınıb. Şəhərdə təkanların gücü 4,9 bal gücündə hiss olunub.  

Yeraltı təkanlar Gümrü və Abovyanda da hiss olunub. Ölkədə mobil əlaqə kəsilib, internetdə problemlər yaranıb.

İnsanlara yeni təkanlardan ehtiyatlanaraq küçələrə çıxıb. Metronun hərəkərində də problem yaranıb. Məktəblərdən şagirdlərin evakuasiyası təşkil olunub.

Zəlzələnin yol açdığı dağıntıların miqyası barədə tam məlumat verilmir.