Azərbaycanda turizm problemi

Tur

Bu yay istilərin əvvəlki illərə nisbətən daha da artması fonunda cibinə görə seçim edib, xaricə üz tutanlar da yerli turizmə üstünlük verib regionlara gedənlər də az olmayıb.

XALQ.AZ xəbər verir ki, Mədəniyyət və Turizm Nazrliyinin rəsmi açıqlamasına görə, bu il ötən illərə nisbətdə daxili turizmdə artım müşahidə olunub. 10 il əvvəl Azərbaycanda turist kimi istirahət edənlərin sayı 400 minə qədər idisə, bu il bu rəqəm 2,5 milyona çatıb. Amma bu rəqəmlər daha çox ola bilərdi. Əgər qiymətlər qədər keyfiyyət də yüksək olsaydı.

Bu il ilk dəfə olaraq bölgələrlə yanaşı paytaxtda da yay turizminin monitorinqi aparılıb. Məlum olub ki, nəinki bölgələrdə elə Bakıda da hələ də kəmiyyətcə baha, keyfiyyətcə isə aşağı xidmət obyektləri kifayət qədərdir. Mədəniyyət və Turizm Nazirliyi isə belə tipli obyektlərin lisenziyalarının ləğv edib.

Rəsmi proqnozlara görə, yaxın iki ildə ölkədə turist sayının təqribən 3,5 – 4 milyona çatacağı gözlənilir. Ancaq ekspertlər deyir ki, bu həcmdə turist qəbul etmək ölkəmiz üçün çətinliklər yarada bilər. Çünki, mehmanxanalarımız birdə-birə 5 milyon turisti qəbul etməyə hazır deyil.

Hökumət isə qarşıdan gələn Avropa Olimpiya Oyunlarına qədər əksər mehmanxanaların xidmət səviyyəsinin yenidən yoxlanmasını istəyir. Tələb olunur ki, bütün lisenziyasız mehmanxanalar ləğv edilsin. Artıq bu barədə mehanxana və turizm obyektlərinə xəbərdarlıq da edilib. Hazırda ölkə üzrə 400-ə qədər istirahət mərkəzinin lisenziyası olsa da, elə bu qədər obyekt lisenziyasız fəaliyyət göstərir.