Ağdaşda sürücü və sərnişin yanaraq öldü

vaz

Ağdaşda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı Şamaxı Yevlax yolunun 256-cı kilometrliyində, Ağdaş rayonu ərazisində vətəndaşlara məxsus “VAZ” və “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü və sərnişini aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. “Mercedes” markalı minik avtomobilin yanar hissələri yanmış, sürücü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi TTYX tərəfindən aidiyyatı üzrə aparılıb. Yanğınsöndürənlər minik avtomobilini söndürmüş, yanğınsöndürən-xilasedicilər meyitləri avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.