Azərbaycanda unikal oğurluq

Kamaz

Abşeron rayonunda yük avtomobili qaçırılıb.

XALQ.AZ-ın məlumatına görə, Abşeron rayonunda avqustun 19-da yük avtomobili naməlum şəxs tərəfindən qaçırılıb. Tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Hökməli sakini Rövşən Əliyev saxlanılıb. İlkin dindirmələr zamanı Rövşən Əliyev yük avtomobilini talama məqsədilə deyil, sadəcə gecə saatlarında evə getmək üçün qaçırdığını etiraf edib.

Saxlanılanın sözlərinə görə, gecə içkili olub və sürücülərdən onu evinə aparmağı xahiş edib. Amma heç kim onu evinə aparmayıb. Ona görədə yük maşınını qaçıraraq evlərinə getdiyini və evlərinə çatanda isə maşını kəndin kənarında saxladığnı deyir.

Saxlanılan zamanı Rövşən Əliyevin üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Araşdırmaların sonunda əvvəllər də məhkumluq həyatı yaşamış Rövşənin başqa cinayətlərdə də əlinin olub-olmaması müəyyən ediləcək.