Soyğunçuluqla məşğul olanlar tutulub

Soygun

Bakıda soyğunçuluqla məşğul olan iki nəfər tutulub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Qorqud İbrahimovun mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Tağıyev tutulub.

Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 25-də Cəmilə Əhmədovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almış Xırdalan şəhər sakini Faiq Əsədullayev tutulub.

Faktla bağlı araşdırma aparılır.