Azərbaycanda yenə qar yağır

Qar

Ötən gün gecə saatlarından başlayaraq şimal bölgəsində yerləşən rayonlara qar yağır.

Xalq.az-ın məlumatına görə, xüsusi ilə Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarlı hava şəraiti müşahidə olunur.

Ərazi Hidrometerelogiya Mərkəzindən bildiriblər ki, ötən günlə müqayisədə bu gün bölgədə müşahidə olunan havanın temperaturası da aşağı düşüb. Qusar və Qubanın Xınalıq və Qınıq kəndlərinin ərazisinə yağan qarın hündürlüyünün 3 sanıtmetr olduğu bildirilir.

Hazırda bölgəyə qarın yağması davam edir.