Taxta bazarı yanır

Taxta

Bakıda taxta satışı bazarında yanğın baş verib. Xalq.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb olunublar. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.