Azərbaycanda yenidən benzin bahalaşdı

 

17

 

“Premium” markalı benzin 97 qəpiyə satılır    

Avqustun 7-dən ölkədə benzinin qiymətində dəyişiklik olacaq. XALQ.AZ-ın  məlumatına görə, artıq Bakıda və rayonlardakı yanacaqdoldurma mərkəzlərinin bir çoxunda “Premium” markalı benzin müştərilərə 97 qəpikdən satılıb. Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilib. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq. Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib.