Azərbaycanda zəlzələ

2

 

Maqnitudası 3.3 olan zəlzələ 55 km dərinlikdə olub

Azərbaycanda zəlzələ baş verib. Seymoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar bu gün saat 10:47-də qeydə alınıb.

Təkanlar Qobudan 37 km şimal – qərbdə Xəzər dənizində baş verib.

Maqnitudası 3.3 olan zəlzələ 55 km dərinlikdə olub.

Qeyd edək ki, Xəzər dənizində son dəfə yeraltı təkanlar sentyabrın 2-də baş vermişdi. Avqust ayında isə iki dəfə dənizdə təkanlar qeydə alınıb.