Mehriban xanım Əliyeva haqqında Türkiyə mətbuatı yazdı

41
Türkiyə mətbuatı ümummilli lider Heydər Əliyev haqda çəkilən filmdən yazıb. 

XALQ.AZ acunn.com-a istinadən məlumatına görə, ulu öndərin qayınatası rolunu türkiyəli aktyor Saruhan Hünel canlandıracaq:“Fevralda Azərbaycanda “İlin ən bacarıqlı və sevilən aktyoru” mükafatına layiq görülən türkiyəli aktyor Saruhan Hünel ulu öndərin həyatından bəhs edən “İnsanları qurtarmağa gedirəm” adlı ekran işində H.Əliyevin qayınatası Əziz Əliyevin obrazını canlandıracaq. Filmdə Heydər Əliyevin rolunu Proxor Dubravin oynayacaq.

Akademik Zərifə Əliyeva obrazında isə Yelena Padova çəkiləcək. Bu layihəyə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir. İl yarımdır çəkilişləri davam edən film Hollivuddan gələcək xüsusi çəkiliş heyəti tərəfindən montaj edildikdən sonra hazır olacaq”.