Azərbaycanın ikinci süni peyki olacaq

07

İkinci süni peykin hazırlanması ilə bağlı tender elan olunacaq

 

u gün Azərbaycanın müasir inkişaf səviyyəsində poçtu rentabelli saxlamaq çətindir”. Xalq.az -nın məlumatına görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. Ölkə poçtunun telekommunikasiya fondu və dövlət büdcəsindən subsidiya aldığını deyən nazirin sözlərinə görə, əsas məqsəd Azərbaycan poçtunu rəqabətə dözümlü bir struktura çevirməkdir.

Açıqlaması zamanı ikinci süni peykin hazırlanması ilə bağlı məsələyə aydınlıq gətirən Ə. Abbasov vurğulayıb ki, yer səthini müşahidə etmək üçün hazırlanan ikinci süni peykin tenderi ilin sonunadək elan olunacaq: “Lakin peykin hazırlanıb orbitə çıxarılması üçün təxminən iki il vaxt tələb olunacaq”.

Daha sonra bəzi telekommunikasiya xidmətlərinin qiymətlərinin aşağı salınması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, RİTN bununla bağlı Tarif Şurasına təkliflər hazırlayıb. Onun sözlərinə görə, burada əsas məsələ şəbəkələrin səmərəliliyini artırmaq  və eyni zamanda yeni xidmətlərin verilməsidir.

Rəqəmsal yayıma keçidlə bağlı suala gəldikdə isə Ə.Abbasov bildirib ki, Azərbaycanda efirin rəqəmsal yayıma keçməsi ilə bağlı işlər ilin sonunadək başa çatdırılacaq: “İKT ilinin ən böyük tədbirlərindən biri Azərbaycanda efiri rəqəmsal yayıma çevirməkdir. Bunun üçün rəqəmsal efirlə bağlı işlər ilin sonuna qədər başa çatacaq. Lakin əhalinin çoxu belə televiziyaya malik olmadığından aztəminatlı ailələr üçün xüsusi proqram hazırlanır”.