Azərbaycanın Türkiyədəki yeni səfiri kim olacaq?

Etibarlı mənbələrdən hokm.az-a daxil olan məlumata görə, Azərbaycanın Qazaxıstandakı səlahiyyətli səfiri Rəşad Məmmədov geri çağırılacaq. Bildirilir ki, Prezidentin sərəncamı ilə R.Məmmədov Türkiyəyə yeni səfir kimi təyinat alacaq.

Mənbə qeyd edir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim isə Qazaxıstanagöndəriləcək.

Bildirilir ki, R.Məmmədovun adının Türkiyədəki yeni səfir kimi hallanması XİN-də ciddi narahatlıq yaradıb.

44 günlük Vətən müharibəsi zamanı Azərbyacanın xarici ölkələrdəki diplomatik korpusların bir neçəsinin fəaliyyəti qənaətbəxş olsa da, ölkəmiz üçün həssas olan belə bir məqamda fəaliyyəti kölgədə qalanlar da oldu. Məsələn, Azərbaycanın Qazaxıstandakı səfirliyi müharibə dövründə diqqətçəkən heç bir fəlaiyyət nümunəsini ortaya qoya bilmədi. Yadınızdadırsa, pandemiya dövründə Orta Asiya və Çində qalan erməni əsilli iş adamların və vətandaşların ölkələrinə qayıtmasını məhz Qazaxıstan təmin etdi. Səfir R.Məmmədov isə Qazaxıstanda ermənilərlə bağlı baş verən bütün proseslərə səssiz qaldı.

Həmçinin, R.Məmmədovun Azərbaycanın diplomatik çıxarları çərçivəsində fəaliyyət göstərə bilməməsi ilə bağlı yerli KİV-lərdə kifayət qədər materiallar dərc olunub. Azərbaycan və bütün türk dünyası üçün həssas nöqtələrdən hesab olunan Qazaxıstanda səmərəli iş prinsipləri ilə diqqət çəkə bilməyən R.Məmmədov hazırda bütün dünya üçün həssas və həlledici coğrafiyaya çevrilən Türkiyədə özünün səmərərəli fəaliyyətini necə qura bilər?

Xüsusilə də, post-müharibə dövründə. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər sistemi yeni və pozitiv mərhələyə qədəm qoyub və belə bir mərhələdə fəaliyyəti haqlı şübhələr, iradlar yaradan R.Məmmədovun qardaş ölkəyə səfir təyin olunması siyasi baxımdan doğru olmazdı.

Məsələ bundadır ki, Azərbaycan siyasi elitası və dövlət idarəçiliyinin ən üst adamları da R.Məmmədovun Türkiyəyə səfir təyinatının uğursuz addım ola biləcəyini müxtəlif dəhlizlərdə dilə gətirirlər. O zaman Türkiyəyə səfir təyin olunması üçün R.Məmmədovun təqdimatını hazırlayanlar kimlərdir!?

Məlumata görə, R.Məmmədovun səfir təyin ediləcəyi ilə bağlı yayılan məlumatlar Türkiyənin də müəyyən dairələrində ciddi narahatlıqlara səbəb olub