Azərbaycanla Türkiyə arasında yeni müqavilə

 

4

Azərbaycanla Türkiyə arasında türk kanallarının yayımı ilə bağlı müqavilə imzalanıb.

ANS PRESS-in məlumatına görə, imzalanma mərasimi “CeBIT” sərgisində baş tutub. Razılığa görə, Türkiyə tərəfi bəzi türk kanallarının yayımı üçün “Azerspace-1” peykinin resurslarından istifadə edəcək.

“Türksat 4A”ya 18 sentyabrdan etibarən keçid edəcəyik. Xarici ölkələrdəki tamaşaçılar bu zamana qədər “Türksat”dan yerli kanallarımızı izləyə bilməyəcəklər. Biz də bunu nəzərə alaraq “Azercosmos” ilə razılaşdıq. Bu kanalların sayı artırılacaq. “Azerspace-1″ peyki ilə xarici ölkələrdəki tamaşaçılara türk kanallarını yayımlaya biləcəyik”,-deyə Beynəlxalq Yayım Agentliyi NEBA-nın idarə heyətinin sədri Mustafa Serez deyib.

“Azercosmos”un Türkiyə üzrə nümayəndəsi Yolçu Həsənov da bu razılaşmadan məmnun olduğu deyib. O bildirib ki, türk kanallarının Azərbaycanda yayımlası bizim üçün çox sevindirici haldır.

Qeyd edək ki, müqaviləni Azərbaycan tərəfindən “Azercosmos”un Türkiyə üzrə nümayəndəsi Yolçu Həsənov, Türkiyə tərəfindən isə Beynəlxalq Yayım Agentliyi NEBA-nın idarə heyətinin sədri Mustafa Serez imzalayıb.

Mərasimdə həmçinin, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Mammadov da iştirak edib.